“Azeronline”dan qazaxlılara özəl kampaniya! | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azeronline”dan qazaxlılara özəl kampaniya!

12:00 - 19 / 02 / 2024
“Azeronline”dan qazaxlılara özəl kampaniya!

“Azeronline” internet provayderi olaraq artıq 25 ildir, Azərbaycan ərazisində fəaliyyət göstəririk.

Hər zaman hər dövrün özünəməxsus qabaqcıl texnoloji həlləri ilə internet xidmətinin son istifadəçiyə ötürülməsini təmin etməyə çalışmışıq. Müasir dövrümüzdə, internetin uşaqdan-böyüyə hər kəsin gündəlik həyatında əvəzolunmaz amilə çevrildiyi bir dönəmdə xidmətin təminatı əraziyə uyğun olaraq, əsasən GPON (Gigabit tutumlu Passiv Optik Şəbəkə) üzərindən təmin olunur. Fiber-optik internet keyfiyyətli, sürətli və limitsiz bağlantını təmin edərək qlobal şəbəkənin imkanlarından rahatlıqla və kəsintisiz faydalanmağa imkan yaradır.

Təqdim etdiyimiz xidmətin nə qədər önəmli olduğunu bildiyimiz üçün onu hər kəsə əlçatan etməyi özümüzə borc bilirik. Bu səbəbdən mütəmadi olaraq fərqli bölgələrdə güzəştli kampaniyalar keçirərək sərfəli şərtlərlə fiber-optik internet xidmətinə qoşulmanı təmin etməyə çalışırıq.

“Azeronline” olaraq bu dəfə Qazax ərazisində yaşayan həmvətənlərimizi sevindirməyə qərar verdik. Belə ki, 1-29 fevral tarixlərində Qazax ərazisində keçirilən kampaniya çərçivəsində xidmətə qoşulmaq üçün yalnız biraylıq xidmət haqqını ödəmək kifayətdir. Yeni qoşulan abonent həm yeni nəsil dual-band modemlə tam ödənişsiz təmin olunur, həm də növbəti ayın internet xidmətini hədiyyə olaraq qazanır. Odur ki, hələ də “Azeronline” abunəçisi olmayan yerli əhalini fürsəti qaçırmadan fevral ayı boyunca davam edəcək bu özəl kampaniyadan yararlanmağa dəvət edirik. Bunun üçün ONLAYN QEYDİYYAT formasını dolduraraq qeydiyyatdan keçmək və ya 8220 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Qazax rayonunda “Azeronline” internet xidmətinin təminatı qısa müddət əvvəl başlamağına baxmayaraq, ərazidə 6000-dək aktiv istifadəçimiz mövcuddur. Adıçəkilən ərazidə layihənin tam təhvil verilməsi 2024-cü ilin may ayına planlaşdırılır. Qeyd edək ki, “Azeronline” şəbəkəsi mərkəz, kənd və qəsəbələr daxil olmaqla, Qazax rayonunun 80%-dən artıq sahəsini əhatə edir. Yerli əhalinin Ümumdünya Şəbəkəsinə keyfiyyətli bağlantısını təmin edə bildiyimiz üçün qürurluyuq.

“Azeronline”ın təklif etdiyi etibarlı internet bağlantısı xüsusi üstünlükləri ilə digərlərindən fərqlənir. Bunlar sürətli quraşdırma, kəsintisiz internet təminatı və etibarlı bağlantıdan ibarətdir. Aylıq abunə haqqı müştərinin seçdiyi tarif paketindən asılı olaraq 18 AZN-dən başlayır.

Qeyd edək ki, GPON texnologiyası ilə fiber-optik internetə qoşulmaq və digər xidmətlərə dair daha ətraflı məlumat əldə etmək üçün 8220 və ya şəhər nömrələrindən 450 2020 nömrəsinə zəng etmək və ya azeronline.com səhifəsinə daxil olmaq kifayətdir. Həmçinin sürətli və kəsintisiz internetə qoşulmaq istəyən hər kəs ONLAYN QEYDİYYAT səhifəsində qeydiyyatdan keçməklə qısa zamanda optik internet istifadəçisinə çevrilə bilər.

Şirkət haqqında

“Azeronline LTD” BM ölkənin yüksəksürətli internet və genişzolaqlı xidmətlərlə təmin edilməsi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsinə öz töhfəsini verməkdə davam edir.

“Azeronline LTD” BM 1999-cu il 29 dekabr tarixində “Azercell Telekom” BM tərəfindən təsis edilib. 160 000-dən çox müştəri bazasına malik olan şirkətin müştəriləri arasında iri şirkətlər, banklar, eləcə də dövlət qurumları yer alır.

Reklam hüququnda

Paylaş:
408

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər