Azərbaycanda bir neçə bələdiyyə sədrinə cinayət işi açılıb - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda bir neçə bələdiyyə sədrinə cinayət işi açılıb - SİYAHI

12:10 - 19 / 02 / 2024
Azərbaycanda bir neçə bələdiyyə sədrinə cinayət işi açılıb - SİYAHI

Azərbaycanda bir neçə bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.

1news.az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində qeyd olunub.

Bildirilib ki, keçən il bələdiyyələrlə bağlı aparılan araşdırmalar zamanı aşkar edilən qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib. Onlardan 15-i üzrə artıq cinayət işi başlanıb.

Belə ki, Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsi sədrinin bələdiyyə mülkiyyətinə aid 49.7 ha torpaq sahəsindən maddi maraq müqabilində ayrı-ayrı şəxslərin qanunsuz istifadəsinə şərait yaratması nəticəsində bələdiyyə büdcəsinə 104,370 manat maddi ziyan vurması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.3-cü, 178.2.4-cü (dələduzluq) və 312.1-ci (rüşvət vermə) maddələri ilə cinayət işi başlanılıb.

Abşeron rayonu Masazır bələdiyyəsinin sabiq sədri tərəfindən yerli büdcə və- saitlərinin mənimsənilməsi və bələdiyyə əmlakının israf edilməsi nəticəsində bələdiyyə büdcəsinə 124.320 manat maddi ziyan vurulması faktı üzrə Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci, 178.2.3-cü, 178.2.4-cü, 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Şabran rayonu Rəhimli bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən bələdiyyə mülkiyyətinə aid torpaq sahələrinin aynıması barədə təkbaşına qərar tərtib etməsi faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Gədəbəy rayonu Qoşabulaq bələdiyyəsinin sədri tərəfindən kollegiallıq prinsiplərinə əməl edilmədən təkbaşına bələdiyyənin adından qərarlar tərtib etməklə yanaşı iclas protokollarında katib kimi qeyd olunan bələdiyyə üzvlərinin adlarının qarşısında imza etməsi faktı üzrə Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə cinayət işi başlanıb.

Daşkəsən rayonu Əhmədli bələdiyyəsi sədrinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, habelə vəzifə səlahiyyətlərini aşaraq bələdiyyə üzvlərinin əvəzinə imza etməklə kollegial orqan olan bələdiyyənin adından təkbaşına qərarlar tərtib edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurması, habelə torpaq sahəsinin icarəyə verilməsi barədə yalan vədlər verməsi faktı üzrə Daşkəsən Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.3-cü, 308.1-ci və 313-cü maddələri ilə cinayət işi başlanıb.

Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin qulluqçusu tərəfindən 45 000 manat müqabilində bələdiyyənin adından tərtib edilmiş saxta sənədlər əsasında 0.10 ha torpaq sahəsinin satılması faktı üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 178.2.4-cü, 308. 1-ci və 320.1-ci (saxta sənəd hazırlama və satma) maddələri ilə cinayət işi başlanıb.

Paylaş:
261

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər