Ötən il tanınmayan xarici diplomların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən il tanınmayan xarici diplomların sayı açıqlanıb

12:07 - 20 / 02 / 2024
Ötən il tanınmayan xarici diplomların sayı açıqlanıb

Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2023-cü il üzrə Xarici kvalifikasiyaların tanınması statistikasını açıqlayıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov deyib.

Onun sözlərinə görə, ötən il xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı 7021 müraciət üzrə ekspertiza həyata keçirilib.

O qeyd edib ki, 5868 müraciət üzrə müsbət, 1153 müraciət üzrə mənfi rəy verilib. Müraciətlərə ortalama baxılma müddəti 12 iş günü olub.

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər