Ağdaşda 33 yaşlı qadın doğuşdan 1 gün sonra ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda 33 yaşlı qadın doğuşdan 1 gün sonra ölüb

14:55 - 21 / 02 / 2024
Ağdaşda 33 yaşlı qadın doğuşdan 1 gün sonra ölüb

Ağdaş rayonunda yenicə ana olan qadın ölüb.

1news.az-ın “Qafqazinfo”ya istinadən əldə etdiyi məlumata görə, rayonun Hapıtlı kənd sakini, 1991-ci il təvəllüdlü Mərdanova Nübar Qasım qızı Ağdaş Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı ilə övlad dünyaya gətirib.

Xəstəxanada saxlanılan qadının vəziyyəti 1 gün sonra kəskin pisləşib və o vəfat edib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
545

Son xəbərlər

Bütün xəbərlər