Xırdalanda mağazadan 18 min manatdan çox pul oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdalanda mağazadan 18 min manatdan çox pul oğurlanıb

Qafar Ağayev10:57 - 21 / 02 / 2024
Xırdalanda mağazadan 18 min manatdan çox pul oğurlanıb

Xırdalan şəhəri ərazisində mağazaların birindən 18 460 manat pul oğurlanıb.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şübhəli bilinən Ramiz İsgəndərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
234

Son xəbərlər

Bütün xəbərlər