Azərbaycanın turizm imkanları Hindistanda nümayiş olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın turizm imkanları Hindistanda nümayiş olunur

Qafar Ağayev16:18 - 23 / 02 / 2024
Azərbaycanın turizm imkanları Hindistanda nümayiş olunur

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosu Hindistanın Nyu-Delhi şəhərində keçirilən “SATTE” sərgisində iştirak edir.

Agentlikdən 1news.az-a verilən xəbərə görə, sərgidə Azərbaycan milli stendini “Şahdağ" Turizm Mərkəzi ilə birlikdə, ümumilikdə 19 yerli turizm sənayesi nümayəndəsi təmsil edir.

Görüşlər zamanı Hindistanın turizm sənayesi nümayəndələri Azərbaycanda mövcud turizm məhsulları, mədəni irsi, milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq turizmi, sağlamlıq turizmi, ekoturizm imkanları, qış turizmi, eləcə də Hindistanın film və toy təşkilatçılığı üzrə ixtisaslaşmış sənaye nümayəndələrinə Azərbaycanın bu istiqamətdə təklif etdiyi məhsullar haqqında ətraflı məlumat təqdim olunur.

Milli stendimizi Azərbaycan Respublikasının Hindistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Elçin Hüseynli də ziyarət edib.

Sərgi çərçivəsində Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) təşkilatçılığı ilə "Dünyada turizm sektorunun mövcud vəziyyəti, turizm tendensiyaları və səyahətə tələbatın artması ilə əlaqədar mehmanxanaların sayının artması" mövzusunda keçirilən panel diskussiyada Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid iştirak edib.

Bundan əlavə, səfər müddətində Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Nyu-Delhi şəhərində Azərbaycanın turizm imkanlarını nümayiş etdirmək, yerli turizm şirkətləri və hotelləri ilə Hindistanın turizm şirkətləri arasında əlaqələrinin qurulmasını təşviq etmək məqsədilə Nyu-Delhi şəhərində Azərbaycan turizminə həsr olunan tədbir təşkil edilib. Tədbirə Hindistanın "IndiGo" hava yolları şirkəti ilə birgə 49 turizm şirkəti və 11 media nümayəndəsi qatılıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 10 135 nəfər təşkil edib ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 147% artımdır.

Paylaş:
202

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər