Bakıda Azərbaycan və Türkiyə gəncləri arasında “Enerji və təhlükəsizlik sahəsində tərəfdaşlıq” forumu keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda Azərbaycan və Türkiyə gəncləri arasında “Enerji və təhlükəsizlik sahəsində tərəfdaşlıq” forumu keçirilib - FOTO

17:34 - 23 / 02 / 2024
Bakıda Azərbaycan və Türkiyə gəncləri arasında “Enerji və təhlükəsizlik sahəsində tərəfdaşlıq” forumu keçirilib - FOTO

Fevralın 23-də Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) və Bahçeşehir Universitetinin təşkilatçılığı ilə 300 gəncin iştirak etdiyi “Enerji və təhlükəsizlik sahəsində tərəfdaşlıq” adlı gənclər forumu keçirilib.

1news.az xəbər verir ki, tədbirdə giriş sözü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru vəzifəsini icra edən Vazeh Əsgərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının icraçı direktoru Sevda Mansurova və Bahçeşehir Universitetinin rektoru Esra Hatipoğlu çıxış ediblər.

Çıxışlar zamanı Azərbaycan-Türkiyə gəncləri arasında əlaqələrin inkişafı, regionda enerji təhlükəsizliyi, COP29 kimi ətraf-mühitlə bağlı beynəlxalq tədbirlərə gənclərin cəlb olunmasının zəruriliyi kimi mövzulardan bəhs olunub.

Daha sonra isə forum Bahçeşehir universitetinin professorları Zekeriya Tüzen, Abdullah Ağar, Ebru Canan Sokullu, Yücel Batu Salman, Ahmet Sedat Aybarın iştirakı ilə baş tutan panel müzakirələrlə davam edib.

Spikerlər Azərbaycan-Türkiyə münasibətlərinin regionda ekopolitik və geostrateji mahiyyəti, BMT-nin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ətraf mühitin əhəmiyyəti və COP29-la bağlı mövzular ətrafında müzakirələr aparıb, iştirakçıların suallarını cavablandırıblar.

Paylaş:
266

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər