Bakıda qatarın damında tüstülənmə olub, xəsarət alan yoxdur - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda qatarın damında tüstülənmə olub, xəsarət alan yoxdur - VİDEO

Qafar Ağayev14:38 - 26 / 02 / 2024
Bakıda qatarın damında tüstülənmə olub, xəsarət alan yoxdur - VİDEO

"26 fevral tarixində saat 13:45 radələrində Bakı sərnişin stansiyasında “Stadler” qatarı manevr edərkən kontakt şəbəkəsində qısaqapanma baş verib".

Bu barədə 1news.az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumar verilib.

Bildirilib ki, Nəticədə qatarın damında tüstülənmə müşahidə olunub. Qatar heyəti tərəfindən yanğından mühafizə vasitələri ilə hadisənin qarşını operativ olaraq alınıb.
Qeyd edək ki, depoya gedən qatarda sərnişin olmayıb.Hadisə nəticəsində xəsarət alan yoxdur

Paylaş:
443

Son xəbərlər

Bütün xəbərlər