Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib - VİDEO

Qafar Ağayev17:18 - 27 / 02 / 2024
Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib - VİDEO

Əlahiddə Ümumqoşun Orduda hərbi qulluqçular arasında daşqaldırma birinciliyi keçirilib.

1news.az xəbər verir ki, yarışdan əvvəl çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov bildirib ki, mütəmadi idmanla məşğul olan hərbi qulluqçu daha dözümlü, yüksək əhval-ruhiyyədə olur, verilən tapşırıqları daha çevik və dəqiq yerinə yetirir. Bu səbəbdən də ordumuzda şəxsi heyətin fiziki hazırlığına xüsusi diqqət yetirilir, “Vətənə, xalqa və dövlətə xidmət ömrümüzün mənasıdır!” devizi altında müxtəlif idman yarışları keçirilir.
Polkovnik-leytenant Vahid Məmmədov birinciliyin keçirilməsi və təhlükəsizlik qaydaları haqqında məlumat verdikdən sonra yarışa start verilib.

13 komandadan 78 idmançının 6 çəki dərəcəsində mübarizə apardığı daşqaldırma yarışları birdən və təkanla qaldırma üzrə keçirilib.

Fərdi və komanda halında qaliblər hər iki növ çalışmada yığılmış xallara əsasən müəyyən edilib. Yekun nəticələrə əsasən komanda hesabında birinci və ikinci yerdə xüsusi təyinatlılar, üçüncü yerdə isə motoatıcılar qərarlaşıb.

Yarışın sonunda fərdi və komanda hesabında ilk üçlüyə düşməyi bacaran qaliblərə kubok, diplom və fəxri fərmanlar təqdim edilib.

Paylaş:
162

Son xəbərlər

Bütün xəbərlər