Müxtəlif məktəb müəllimləri bir məktəbdə nümunəvi dərslər keçib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Müxtəlif məktəb müəllimləri bir məktəbdə nümunəvi dərslər keçib - FOTO

Qafar Ağayev16:56 - 28 / 02 / 2024
Müxtəlif məktəb müəllimləri bir məktəbdə nümunəvi dərslər keçib - FOTO

“Məktəblərin əməkdaşlığı ilə 45 dəqiqəlik dərs nümayişi” layihəsi çərçivəsində nümunəvi dərslər keçirilib.

1news.az xəbər verir ki, nümunəvi dərslərdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Xəyalə Əhmədzadə, Təhsilin keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, Təlimə Dəstək Mərkəzinin metodistləri, bir sıra paytaxt məktəblərinin rəhbərləri və müəllimlər iştirak ediblər.

Bakı şəhəri 144 nömrəli tam orta məktəbin təşəbbüsü ilə nümunəvi dərslərin keçirilməsində əsas məqsəd kurasiyaya daxil olan məktəblər arasında idarəetmənin optimallaşdırılması, effektiv kommunikasiyanın yaradılması, birgə əməkdaşlığın təmin olunması ilə 45 dəqiqəlik dərsin ən yaxşı formada təşkilindən ibarətdir.

Nümunəvi dərslərlə əlaqədar məktəbdə keçirilən üç hissədən ibarət görüş zamanı BŞTİ-nin monitorinq nəticələrinin təhlili və dərsdinləmə qaydaları barədə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.

Qeyd edək ki, nümunəvi dərsləri keçmək üçün müəllimlər kurasiyaya daxil olan müxtəlif məktəblərdən cəlb olunublar. Fərqli mühitlərdə öyrənməni təmin edən müəllimlər öz pedaqoji ustalıqlarını məharətlə təqdim ediblər.

Paylaş:
258

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər