Kürdəmirdə müxtəlif növ silah-sursat tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Kürdəmirdə müxtəlif növ silah-sursat tapılıb

09:40 - 28 / 02 / 2024
Kürdəmirdə müxtəlif növ silah-sursat tapılıb

Kürdəmir Rayon Polis Şöbəsinə rayonun Ucarlı kəndi ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 6 ədəd patron aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş:
156

Son xəbərlər

Bütün xəbərlər