AZAL-ın təyyarəsi Ankarada məcburi eniş edib | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL-ın təyyarəsi Ankarada məcburi eniş edib

11:56 - 28 / 02 / 2024
AZAL-ın təyyarəsi Ankarada məcburi eniş edib

28 fevral 2024-cü il, Bakı – “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.

AZAL-dan 1news.az-a verilən məlumata görə, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib.

Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.

Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidməti

Paylaş:
366

Son xəbərlər

Bütün xəbərlər