Azərbaycan hərbçisi Laçın istiqamətində azıb, axtarışlar davam edir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan hərbçisi Laçın istiqamətində azıb, axtarışlar davam edir

Qafar Ağayev12:07 - 28 / 02 / 2024
Azərbaycan hərbçisi Laçın istiqamətində azıb, axtarışlar davam edir

Fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.

1news.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, hərbi qulluqçumuzun tapılması məqsədilə dərhal başlanılan axtarış tədbirləri davam etdirilir.

Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Paylaş:
489

Son xəbərlər

Bütün xəbərlər