Taksi sürücüsü sükan arxasında yatdı - BDYPİ sürücülərə ÇAĞIRIŞ
Təhlillər göstərir ki, sürücülərin yuxulu və ya yorğun halda sükan arxasında əyləşməsi ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinin baş verməsinə real zəmin yaradır.
1news.az xəbər verir ki, son günlər, xüsusilə taksi fəaliyyəti göstərən sürücüləri arasında günün işıqlı vaxtının uzanmasını fürsət bilərək istirahət etmədən, yuxulu və ya yorğun halda uzun müddət fasiləsiz avtomobil idarə edən şəxslərə daha çox rast gəlinir ki, bu da təhlükəsizlik baxımından yolverilməzdir.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, ələlxüsus taksi fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə çağırır.