Azərbaycanda xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif olunur

Qafar Ağayev11:10 - 29 / 02 / 2024
Azərbaycanda xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif olunur

Təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumlar üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir.

1news.az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Ombudsman cəza-icra qanunvericiliyində və digər qanunvericilik aktlarında xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumların fərqli rejimdə cəza çəkməsinə imkan verən dəyişikliklərin edilməsi və belə məhkumların cəzasını çəkməsi üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılmasını məqbul hesab edib.

Paylaş:
351

Son xəbərlər

Bütün xəbərlər