Nazir: “Gənc alimlərə ev verməkdənsə, yaxşı maaş vermək lazımdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Gənc alimlərə ev verməkdənsə, yaxşı maaş vermək lazımdır”

12:15 - 29 / 02 / 2024
Nazir: “Gənc alimlərə ev verməkdənsə, yaxşı maaş vermək lazımdır”

Gənc alimlərə ev verməkdənsə, onlara elə maaş vermək lazımdır ki, evi özləri ala bilsinlər.

1news.az "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında deyib.

O bildirib ki, gənclərə səlahiyyət vermək daha önəmlidir: "Bizim məzunlarımız xaricdə təhsil alıb ölkəyə qayıtmağa başlayıblar. Amma geri qayıdıb nə edəcəklər? Geri qaytarıb onlara hansısa texniki işi gördürəcəyiksə, bu, lazım deyil, gənclərə müvafiq işlər verilməlidir. Onları ön sıralara çəkməliyik və bundan qorxmamalıyıq".

Paylaş:
316

Son xəbərlər

Bütün xəbərlər