Buzovnada qanunsuz tikililər sökülüb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Buzovnada qanunsuz tikililər sökülüb - VİDEO

Qafar Ağayev12:57 - 29 / 02 / 2024
Buzovnada qanunsuz tikililər sökülüb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, bu çərçivədə, Bakı şəhərinin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilmiş tikililər sökülüb.

Paylaş:
177

Son xəbərlər

Bütün xəbərlər