Fərhad Hacıyev: ““Yüksəliş” müsabiqəsini insanların potensialını üzə çıxarır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Fərhad Hacıyev: ““Yüksəliş” müsabiqəsini insanların potensialını üzə çıxarır”

Qafar Ağayev13:39 - 01 / 03 / 2024
Fərhad Hacıyev: ““Yüksəliş” müsabiqəsini insanların potensialını üzə çıxarır”

“Yüksəliş” müsabiqəsində iştirak etmək üçün stimullardan ilk beşlikdə olanı mentorluqdur”.

1news.az xəbər ki, bunu Dördüncü “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi barədə Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev brifinqdə deyib.

“İkincisi yeni insanlarla tanışlıqdı. Bu tanışlıqlar çox böyük imkanlar açır. Bir qurum ilə başqa bir qurum arasında aylarla çəkən münasibətləri qısa zamanda yoluna qoymaq imkanı əldə edirlər. "Yüksəliş" müsabiqəsi çox mobil bir camiə yaradıb. Artıq bir neçə qurum bizimlə əməkdaşlıq etmək istəyir. Bəzən elə işçilər var ki, potensialından məlumatlı deyil, özünü göstərmək imkanı yoxdur, amma bu müsabiqə vasitəsilə onun potensialı görünür”.

“Bu müsabiqəni sosial lift də adlandıra bilərik” – deyə F.Hacıyev əlavə edib:

“Dünyada nadir ölkələr var ki, dövlət özü bu prosesi motivasiya edir”.

Paylaş:
192

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər