Xankəndidə avtomat və dronlar tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndidə avtomat və dronlar tapılıb

Qafar Ağayev10:14 - 01 / 03 / 2024
Xankəndidə avtomat və dronlar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat və dronlar aşkarlayıb.

Bu barədə 1news.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 29-da Xankəndi şəhəri ərazisində 3 ədəd dron, 12 ədəd müxtəlif markalı avtomat silahı, 39 ədəd müxtəlif markalı tüfəng, 8 patron darağı, 545 ədəd müxtəlif çaplı patron, 30 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.

Paylaş:
148

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər