İmişlidə suda batma ehtimalı olan 11 yaşlı oğlanın axtarışları davam edir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

İmişlidə suda batma ehtimalı olan 11 yaşlı oğlanın axtarışları davam edir - VİDEO

14:18 - 02 / 03 / 2024
İmişlidə suda batma ehtimalı olan 11 yaşlı oğlanın axtarışları davam edir - VİDEO

26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir.

FHN-dən 1news.az-a verilən xəbərə görə, hazırda Nazirliyin qüvvələri tərəfindən uşağın itkin düşdüyü ehtimal edilən istiqamətlər üzrə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

Axtarış əməliyyatları, həmçinin kanal boyu mürəkkəb keçidlərdə suyun səviyyəsinin endirilməsi ilə fasiləsiz davam etdirilir.

Paylaş:
279

Son xəbərlər

Bütün xəbərlər