Rəssam Kamran Məmmədovun “Təfsir” adlı sərgisinin açılışı olub - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

Rəssam Kamran Məmmədovun “Təfsir” adlı sərgisinin açılışı olub - FOTO

17:20 - 02 / 03 / 2024
Rəssam Kamran Məmmədovun “Təfsir” adlı sərgisinin açılışı olub - FOTO

Neft və Qaz sənayesi mütəxəssisi kimi tanınan, Dövlət Neft Akademiyasının məzunu, Azərbaycanda, Qərbi Afrika və Rusiyada müxtəlif beynəlxalq təcrübələr qazanmış Kamran Məmmədovun ilk fərdi sərgisi olan “Təfsir” martın 1-dən başlayıb.

1news.az xəbər verir Məmməd rəssamlığı müstəqil surətdə tədqiq edir.

O, əsərlər yaradaraq onların üzərində işləyir və onları daha da təkmilləşdirir.
Kamran, daim incəsənətin keçib-gəldiyi tarixi və inkişaf mərhələlərini öyrənməklə yanaşı, rəsm korifeylərinin keçdiyi yolları tədqiq edir.

O, muzeylərə baş çəkir, aparıcı qalereyaların anonsları ilə tanış olur və media nəşrlərini mütəmadi olaraq izləyir, habelə müasir incəsənətin nəzəriyyəsinə baş vurmaqla, bu sənətin fəlsəfəsindən hərtərəfli məlumatlı olmaq üçün öz gələcək fəaliyyətini planlı şəkildə qurur.

Əsərin qayəsini “batində” gizlətməyə çalışan digər sənətkarlardan fərqli olaraq, Kamran, əksinə, onu nümayiş etdirir. Sənətsevərlər peşəkar və qeyri-peşəkar rəssamları bir-birindən asanlıqla ayıra bilir. Yaratdığı əsərdə öz baxışını, hisslərini ifadə edə bilən insan artıq sənətkardır. Peşəkar insan ardıcıl səylər göstərməklə, vaxtının çoxunu öz əsərinə həsr edir və peşəkarlığını inkişaf etdirməklə, tərəqqiyə və tanınmağa çalışır.

Elə Kamran Məmmədov kimi.

Rəssam əsərin semantik mərkəzini tablonun daxilində deyil, yaradılmış obrazla onun seyrçisi arasındakı boşluğa köçürərək, şəkli tamaşaçıya ruhən “hopdurur”. Kamran öz əsərinin seyrçisindən əsərə mütləq şəkildə bağlılıq tələb etmir, əksinə, o seyrçisini əsərin təfsiri ilə tamamilə baş-başa qoymuş olur.
Kamran Məmmədovun rəsmlərindəki mövzular olduqca qeyri-adi və özünəməxsus tərzdə təfsir olunur. Çünki, bu əsərlərdə avanqardizmin parlaq rəngləri, ekspressionizm, favizm, naïve – xalq sənəti kimi müxtəlif üslublardan olan elementlərin ahəngi bir araya gəlmişlər. Bu isə özlüyündə rəssamın reallığa yeni baxışından xəbər verir. Kamran, öz əsərləri ilə seyrçini sərbəst şəkildə təfsir etməyə təhrik edir, çünki bu onun yaradıcılığının qayəsini təşkil edir. Rəssam tamaşaçını öz mülahizələrini yenidən götür-qoy etməkdən daha çox, onun təhtəlşüur reaksiyasına zəmin yaratmış olur.
Onun yaradıcılıq prosesi seyrçini qabaqcadan gözlənilən təəssüratlardan məharətlə uzaqlaşdırır və onun baxışlarını qeyri-standart perspektivlərin kəşf edilməmiş bir aləminə yönəldir.

Rəssam, özünün qeyri-ənənəvi dekorasiyaları, təhrif olunmuş formaları və parlaq palitrası vasitəsilə seyrçinin qavrayışını dilemma qarşısında qoymağa və ona estetik qanunauyğunluqların çərçivəsindən çıxmağa imkan yaradır. Kamranın əsərlərindəki unikal işıq dramaturgiyası, mürəkkəb dekorasiya və süjet seyrçini həmin rəng çalarlarındakı təzadları və işıqları özünəməxsus şəkildə təfsir etməyə çağırır.

Rəssamın fərqli xüsusiyyəti onun əsərlərinə xüsusi rəng verən formaların parlaqlığı, kontrastı və nahamarlığından qaynaqlanır. Kamran bütün kətanı qalın boya təbəqəsi ilə örtür, ştrixin teksturasından, istifadə olunan alət və texnikadan asılı olaraq, işığı fərqli şəkildə elə ustalıqla əks etdirir ki, tamaşaçı kətan boyu hərəkət edərkən, əkslərin sonsuz dəyişən mənzərəsinin şahidi olmuş olur. Bununla da rəssam ənənəvi qaydalara yeniliklər gətirməklə, öz müstəqil üslubunu təlqin etmiş olur.

Kamran Məmmədovun 45-dən artıq orijinal sənət əsərinin nümayiş olunduğu “Təfsir” adlı fərdi sərgisinin açılış mərasimi 1 mart 2024-cü il tarixində, Bakının məşhur rəsm qalereyası olan QGallery-də başlayıb və sərgi 10 mart 2024-cü il tarixinədək davam edəcək.

Foto: Rüstəm Qasımov

Paylaş:
731

Son xəbərlər

Prezident Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB 220 / 09 / 2024, 17:52Azərbaycanın “Olivea” Brendi Beynəlxalq Arenada İrəliləyir: İxracda Uğurlu Addımlar20 / 09 / 2024, 17:46Azərbaycan Ordusunun Baş Qərargah rəisi Romada NATO Müdafiə Kollecində olub20 / 09 / 2024, 17:39Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə olub20 / 09 / 2024, 17:37Azərbaycan Səudiyyə İnkişaf Fondu ilə əlaqələri genişləndirmək istəyir20 / 09 / 2024, 17:29“Youtube” şirkətinin həmtəsisçisi Bakıda sammitdə iştirak edəcək20 / 09 / 2024, 17:16İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib20 / 09 / 2024, 17:09Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyasının yaradılması müzakirə olundu20 / 09 / 2024, 16:40Bakının Ələsgər Qayıbov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq20 / 09 / 2024, 16:27Nərimanov rayon prokurorluğunun yeni binasının açılışı olub20 / 09 / 2024, 16:21QAİ ABŞ Konqresində keçirilmiş dinləmələrdə ölkəmizin əleyhinə səsləndirilən ittihamlarla bağlı bəyanat yaydı20 / 09 / 2024, 15:58“İnstagram”da qumarla kibercinayətkarlıq edən şəbəkə ifşa olunub, 9 nəfər tutulub - FOTO20 / 09 / 2024, 15:33Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib20 / 09 / 2024, 15:08Bakıda azyaşlıya qarşı zorakılıq edən şəxs işdən çıxarıldı - VİDEO20 / 09 / 2024, 14:58Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmovla vida mərasimi keçirilib20 / 09 / 2024, 14:55Səhiyyə Nazirliyi Zəngilanda ağciyər xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tibbi baxışlar keçirib20 / 09 / 2024, 14:34Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərov dəfn edilib20 / 09 / 2024, 14:25Sükan arxasında yuxusuzluq növbəti dəfə faciəvi sonluqla bitdi20 / 09 / 2024, 14:23Cahit Bağçı Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib20 / 09 / 2024, 14:01Xəzərdə balıq ovu qaydalarını pozan şəxslər saxlanılıb20 / 09 / 2024, 13:45
Bütün xəbərlər