Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində bağlı yayılan xəbərlərə münasibət bildirib | 1news.az | Xəbərlər
Cəmiyyət

Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində bağlı yayılan xəbərlərə münasibət bildirib

Qafar Ağayev17:02 - 04 / 03 / 2024
Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətində bağlı yayılan xəbərlərə münasibət bildirib

Bəzi media nümayəndələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat tədbirinin keçirilməsi barədə məlumat yayılıb.

1news.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında qeyd olunub.

Bildirilib ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.11-ci maddəsinə əsasən mediada dərc olunan və (və ya) yayımlanan informasiyada faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir.

"Odur ki, media subyektlərindən qanunvericiliyin tələblərinə riayət etməyi, rəsmi qurumlarla dəqiqləşdirilmiş məlumatların ictimailəşdirilməsini xahiş edirik" - deyə məlumatda qeyd olunub..

Paylaş:
225

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər