Ağsuda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bililən şəxslər saxlanılıblar | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bililən şəxslər saxlanılıblar

Qafar Ağayev08:48 - 04 / 03 / 2024
Ağsuda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bililən şəxslər saxlanılıblar

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a bildirilib ki, keçirilən əməliyyatlar zamanı rayon sakinləri - Elşən Hüseynov və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Səbuhi Cəfərov saxlanılıblar.

E.Hüseynovun üzərindən marixuana, S.Cəfərovdan isə heroin aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

Paylaş:
472

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər