Göyçayda ağır yol qəzası olub, ölənlər və yaralı var | 1news.az | Xəbərlər
Cəmiyyət

Göyçayda ağır yol qəzası olub, ölənlər və yaralı var

10:06 - 04 / 03 / 2024
Göyçayda ağır yol qəzası olub, ölənlər və yaralı var

Göyçay rayonunun Müskürlü kəndi ərazisində “Kia” markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Xəqani Bağırovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

1news.az APA-ya istinadən xəbər verir ki, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, müxtəlif bədən xəsarətləri alan sürücü, eləcə də iki sərnişini, 1991-ci il təvəllüdlü Asif Gülməmmədov və Elçin Əsgərov hadisə yerində ölüb, digər bir sərnişin isə xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanıb.

Paylaş:
237

Son xəbərlər

Bütün xəbərlər