Rasim Səttarzadə: Elektrik mühərrikli avtomobillərin idxalında artım müşahidə olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Rasim Səttarzadə: Elektrik mühərrikli avtomobillərin idxalında artım müşahidə olunur

Qafar Ağayev09:52 - 05 / 03 / 2024
Rasim Səttarzadə: Elektrik mühərrikli avtomobillərin idxalında artım müşahidə olunur

Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması, dövriyyəsinin stimullaşdırılması, maliyyə əlçatanlığının artırılması istiqamətində tədbirlər davam etdirilir.

Bu məqsədlə ölkədə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə İşçi Qrup fəaliyyət göstərir.

Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə 1news.az-a bildirib ki, İşçi Qrupun hazırladığı təkliflər əsasında həyata keçirilən tədbirlər nəticəsində ölkədə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə genişlənib.

"Stimullaşdırıcı tədbirlərin sayəsində, xüsusilə elektrik mühərrikli avtomobillərin idxalında əhəmiyyətli dərəcədə artım müşahidə olunur. 2023-cü ildə ölkəyə 2021-ci illə müqayisədə 19 dəfə çox elektromobil idxal edilib. Bu müsbət tendensiyanın növbəti illərdə də davam etməsi üçün ardıcıl olaraq tədbirlər görülür".

R.Səttarzadənin sözlərinə görə, ölkənin nəqliyyat parkında elektrik avtomobillərinin payının artırılması məqsədilə İşçi Qrup tərəfindən aidiyyəti dövlət qurumları ilə yanaşı, özəl sektor nümayəndələri də fəaliyyətlərə cəlb edilib və bu əməkdaşlıq əhalinin maliyyə əlçatanlığının artırılmasında, istehlakçı hüquqlarının müdafiəsi və rəqabət mühitinin inkişafında, fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin istifadəsinin məhdudlaşdırılmasında, xüsusilə ictimaiyyət arasında məlumatlılığın artırılmasında səmərəli nəticələr verəcək.

"Eyni zamanda, İşçi Qrupun 2024-cü il üzrə hazırlanmış yol xəritəsində nəzərdə tutulub ki, aidiyyəti dövlət qurumları ilə birgə ekoloji təmiz nəqliyyat vasitələrinin üstünlükləri, köhnə nəqliyyat vasitələrinin ətraf mühitə və insan sağlamlığına mənfi təsirləri barədə mütəmadi təbliğat aparılsın. Həmçinin il ərzində köhnə nəqliyyat vasitələrinin məhdudlaşdırılması istiqamətində yeni təkliflərin hazırlanması, köhnə nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı zəruri işlərin görülməsi, elektromobillərin batareyalarının utilizasiyasının beynəlxalq təcrübəyə uyğunlaşdırılması sahəsində fəaliyyətlərin qurulması planlaşdırılır".

Paylaş:
209

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər