Bakıda oğurluq, dələduzluq və digər cinayətlərə görə 5 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda oğurluq, dələduzluq və digər cinayətlərə görə 5 nəfər saxlanılıb

16:52 - 07 / 03 / 2024
Bakıda oğurluq, dələduzluq və digər cinayətlərə görə 5 nəfər saxlanılıb

Səbaildə oğurluq, dələduzluq və digər cinayətlər edən 5 nəfər saxlanılıb.

1news.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın mərkəzi küçələrinin birində yerləşən ictimai-iaşə obyektlərindən pul və mobil telefonların oğurlanması barədə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə məlumat daxil olub. Həyata keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 20 yaşlı Bədirov Kamran və qohumu 26 yaşlı Bədirov Səlim müəyyən edilərək saxlanılıblar. Bölmə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı bankomatlardan birinin qarşısında 91 yaşlı kişinin bank kartından oğurluq edən, əvvəllər məhkum olunmuş 44 yaşlı Əhmədov Elnur saxlanılıb. E.Əhmədov etibardan sui-istifadə edərək bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən ahıl yaşlı şəxsin 650 manatını ələ keçirib, əvəzində isə zərərçəkənə saxta əskinaslar verib. 9-cu PB-si əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlərlə üzərində odlu silah-sursat saxlayan, əvvəllər məhkum olunmuş Cavadov Bəxtiyar və narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Hümbətov Taleh saxlanılıblar. B.Cavadovdan 1 ədəd “Makarov” markalı tapança, 5 ədəd patron, T.Hümbətovdan isə 1 kiloqram 220 qram heroin, 650 qram marixuana, 120 qram tiryək və 503 qram psixotrop maddə metamfetamin aşkar olunub. Aşkar edilən faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
260

Son xəbərlər

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38
Bütün xəbərlər