Azərbaycan filmləri 54-cü Tampere Beynəlxalq Film Festivalında iştirak edir | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycan filmləri 54-cü Tampere Beynəlxalq Film Festivalında iştirak edir

Qafar Ağayev17:21 - 07 / 03 / 2024
Azərbaycan filmləri 54-cü Tampere Beynəlxalq Film Festivalında iştirak edir

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Debüt” studiyasında çəkilmiş “İki gün” və “Mozalan” studiyasında çəkilmiş “İkinci planetin qırmızı rəngi” qısametrajlı bədii filmləri 6-10 mart 2024-cü il tarixində Finlandiyada keçirilən 54-cü Tampere Beynəlxalq Film Festivalında iştirak edir.

1news.az xəbər verir ki, nazirliyin keçirdiyi “Böyük Qayıdış” müsabiqəsinin qalibləri olaraq ərsəyə gələn və 44 günlük Vətən müharibəsinə həsr edilmiş filmlərdən “İki gün” Tampere festivalının əsas müsabiqə proqramında, “İkinci planetin qırmızı rəngi” filmi isə “Cənubi Qafqaz nümayişləri” proqramında ölkəmizi təmsil edir.
Mələk Bayramlı və Təranə Vəliyevanın rol aldığı “İki gün” filminin quruluşçu rejissoru Teymur Qəmbərov, prodüserləri Orxan Abbasov və Lika Gavrişdir.
“İkinci planetin qırmızı rəngi” filminin isə ssenari müəllifi və quruluşçu rejissoru Azər Quliyev, prodüseri Əli-Səttar Quliyevdir. Filmdə əsas rollarda Rafael Şahbəyli, Diana Hacıyeva, Aydan Həsənzadə, Əli Nəsib çəkiliblər.
Qeyd edək ki, Tampere Film Festivalı Amerika Kino Akademiyasının "Oscar" mükafatına klassifikasiyalı və Beynəlxalq Film İstehsalçıları Federasiyasına (FİAPF) akkreditasiyalı, dünyanın nüfuzlu kino festivallarındandır.

Paylaş:
464

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRHBu gün, 20:24Azərbaycan XİN Pakistana başsağlığı veribBu gün, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilərBu gün, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİBBu gün, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdiBu gün, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJBu gün, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilirBu gün, 16:53Gəncədə qadın sirkə içib öldüBu gün, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46
Bütün xəbərlər