Azərbaycan Ordusunun mühəndis bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun mühəndis bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir - FOTO

Qafar Ağayev10:45 - 07 / 03 / 2024
Azərbaycan Ordusunun mühəndis bölmələrində döyüş hazırlığı məşğələləri keçirilir - FOTO

Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi plana uyğun olaraq, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Keçirilən məşğələlər zamanı istehkamçılar silahlanmada olan müasir mühəndis avadanlıqlarından istifadə etməklə nəqliyyat vasitəsinə yerləşdirilmiş partlayıcı qurğunun aşkar olunaraq zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Mühəndis təminatı yerinə yetirən bölmələrin şəxsi heyəti ilə keçirilən məşğələlərin əsas məqsədi peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vəziyyətinin daha da artırılmasıdır.

Paylaş:
225

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər