ADY-də 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Polad zəriflər” adlı tədbir keçirildi | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY-də 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Polad zəriflər” adlı tədbir keçirildi

Qafar Ağayev11:19 - 07 / 03 / 2024
ADY-də 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Polad zəriflər” adlı tədbir keçirildi

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə “Polad zəriflər” adlı tədbir keçirib.

1news.az xəbər verir ki, 6 mart tarixində Azərbaycan Dəmiryol Muzeyində baş tutan tədbirdə şirkətin 100-dən çox qadın əməkdaşı və ölkəmizdə müxtəlif sahələrdə uğur qazanmış mütəxəssislər iştirak edib.

Tədbiri giriş sözü ilə açan ADY-nin Kommunikasiya departamentinin müdiri Aybəniz İsmayılova 143 illik tarixə malik Azərbaycan dəmir yollarında öz əməyi ilə seçilən qadınları təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd qadınlara karyeralarında inamla addımlamaları üçün dəstək göstərməkdir.

Bu gün qadınlar dəmir yolu sənayesinin innovativ inkişafına mühüm töhfə verir, əməliyyat və texniki vəzifələrdən tutmuş yüksək rəhbərliyə qədər bütün strukturlarda təmsil olunurlar.

Tədbirdə çıxış edən insan resurslarının idarə edilməsi üzrə beynəlxalq ekspert Gülzar Quliyeva qadınların liderlik keyfiyyətlərindən bəhs edib və dəmiryolçu xanımların suallarını cavablandırıb.

Paylaş:
175

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər