DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qafar Ağayev11:39 - 07 / 03 / 2024
DYP hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

1news.az xəbər verir ki, bununla bağlı Baş DYP İdarəsinin mövcud hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

"Dumanlı havanın digər hərəkət iştirakçılarını və nizamlama vasitələrini vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.

Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik" - deyə müraciətdə qeyd olunub.

Paylaş:
181

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər