Silah tapıb satış məqsədi ilə saxlamaqda şübhəli bilinən şəxs tutulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Silah tapıb satış məqsədi ilə saxlamaqda şübhəli bilinən şəxs tutulub

Qafar Ağayev17:45 - 08 / 03 / 2024
Silah tapıb satış məqsədi ilə saxlamaqda şübhəli bilinən şəxs tutulub

Bərdədə silah tapıb satış məqsədi ilə saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

1news.az xəbər verir ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah əldə edərək satış məqsədi ilə saxlamaqda şübhəli bilinən rayonun Hacallı kənd sakini Abbaszadə Tural Ənvər oğlu tutulub. Onun yaşadığı ünvana baxış keçrilən zaman evlərinin yanından keçən su kanalında gizlətdiyi 1 ədəd "Kalaşnikov" avtomatı aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə Rayon Polis şöbəsində Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Paylaş:
274

Son xəbərlər

Bütün xəbərlər