Xankəndidə orta məktəbdən silah və sursatlar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xankəndidə orta məktəbdən silah və sursatlar aşkarlanıb

Qafar Ağayev10:27 - 08 / 03 / 2024
Xankəndidə orta məktəbdən silah və sursatlar aşkarlanıb

Ötən gün Xankəndi şəhərində yerləşən orta məktəblərin birindən və şəhər ərazisindən narkotik tərkibli həblər və silah-sursat aşkarlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də Xankəndi şəhərində yerləşən orta məktəblərin birindən və şəhər ərazisindən 766 ədəd narkotik tərkibli güclü təsiredici həblər, həmçinin 20 ədəd avtomat silahı, 1 pulemyot, 3 tapança, 3 tüfəng, 10 qumbara, 9 ədəd alışdırıcı, 5 rabitə vasitəsi, 20 patron darağı, 6188 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Paylaş:
362

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər