Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Heydər Əliyevin məzarını ziyarət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Heydər Əliyevin məzarını ziyarət edib

15:47 - 11 / 03 / 2024
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Heydər Əliyevin məzarını ziyarət edib

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev martın 11-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

1news.az xəbər verir ki, ali qonaq görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər çiçəklər düzüb.

Paylaş:
134

Son xəbərlər

Bütün xəbərlər