Ötən həftə zərərsizləşdirilən minaların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə zərərsizləşdirilən minaların sayı açıqlanıb

16:04 - 11 / 03 / 2024
Ötən həftə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.

1news.az xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 4-10 mart 2024-cü il tarixi ərzində 63 tank əleyhinə mina, 128 piyada əleyhinə mina, 316 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 997.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirib.

Paylaş:
313

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

04 / 12 / 2025, 16:35

Çində güclü zəlzələ olub

04 / 12 / 2025, 12:52
Bütün xəbərlər