Ordumuzun Tovuzdakı mövqeləri üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd edən Ermənistana məxsus PUA zərərsizləşdirilib
Azərbaycan Ordusunun bölmələri Ermənistanın kvadrokopterini zərərsizləşdirib.
1news.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.
"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib", - məlumatda vurğulanıb.
229