Bakıda və Şəmkirdə qanunsuz tikililərin qarşısı alınıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və Şəmkirdə qanunsuz tikililərin qarşısı alınıb - VİDEO

10:13 - 11 / 03 / 2024
Bakıda və Şəmkirdə qanunsuz tikililərin qarşısı alınıb - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən 1news.az-a verilən xəbərə görə, Xəzər rayonunun Qala qəsəbəsi və Şəmkir rayonunun “Kraz yolu” deyilən ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikililər sökülüb.

Paylaş:
250

Son xəbərlər

Bütün xəbərlər