Həftəsonu ölkə ərazisində 43 kiloqramdan çox narkotik aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Həftəsonu ölkə ərazisində 43 kiloqramdan çox narkotik aşkarlanıb

10:56 - 11 / 03 / 2024
Həftəsonu ölkə ərazisində 43 kiloqramdan çox narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 9-da və 10-da ölkə ərazisində 43 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqramdan artıq heroin, 37,2 kiloqramdan çox marixuana, 1,2 kiloqrama yaxın tiryək, 2,9 kiloqrama yaxın metamfetamin, həmçinin 452 ədəd metadon həbi olub.

Paylaş:
325

Son xəbərlər

Leysan yağacaq - XƏBƏRDARLIQ

04 / 12 / 2025, 16:35

Çində güclü zəlzələ olub

04 / 12 / 2025, 12:52
Bütün xəbərlər