Avtomobilsizləşdirilən ərazi paytaxtda hansı dəyişikliyə səbəb olacaq? - ŞƏRH | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobilsizləşdirilən ərazi paytaxtda hansı dəyişikliyə səbəb olacaq? - ŞƏRH

Qafar Ağayev17:14 - 12 / 03 / 2024
Avtomobilsizləşdirilən ərazi paytaxtda hansı dəyişikliyə səbəb olacaq? - ŞƏRH

Xəbər verildiyi kimi bu gündən metronun "28 May" stansiyası və Bakı Dəmiryolu Vağzalının qarşısına avtomobillərin girişi qadağan olunub.

Bəs bu dəyişikliyin əhəmiyyəti nələrdir?

Məsələ ilə bağlı 1news.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyib ki, dünyanın böyük şəhərlərində dəmiryol vağzalının önündəki meydan bir qovşaq rolunu oynayır və fərqli nəqliyyatların bir yerdə qovuşduğu məkandır.

“Bakıda istisna deyil, Bakıda da vağzal meydanında metro dəmir yolu, avtobus, piyada hərəkət edənlərin qovuşduğu məkandır. Amma xaotik parklanma, avtomobillərin xaotik hərəkəti bu hərəkəti nizamsızlaşdırmış və xaotik vəziyyət yaratmışdı.

Rauf Ağamirzəyev

Düşünürəm ki, həmin əraziyə avtomobillərin girişinin məhdudlaşdırılması doğru qərardır. Bir nəqliyyat növündən digər nəqliyyat növünə inteqrasiya yönündə verilmiş qərardır. Düşünürəm ki, burada məhdudlaşdırmadan sonra bəzi dəyişikliklər olacaq, bu da insanların rahat hərəkətinə gətirib çıxaracaq. İnsanlarımız vağzaldan daha təhlükəsiz və komfortlu istifadə etməklə şəhərimizdə yeni bir mühit yaranmış olacaq”.

Görüntülər Ukraynanın Lvov şəhərində Vağzal meydanının qarşısındandır. Dəyişiklikdən sonra belə olub.

“Mənim fikrimcə, bu dəyişlik avtobusların hərəkətində də təsirsiz ötüşməyəcək" - deyə ekspert əlavə edib:

"Çünki son dayanacaqdakı ləngimə, həmçinin ümumi dövriyyədəki ləngiməyə də təsir edir. Bununla yanaşı, şəhərin daxilində ayrılmış avtobus şəbəkəsi şəbəkə formasında işi təmin olunmalıdır. Bu da avtobusların cədvəl üzrə hərəkətinə gətirib çıxaracaq. Ümumi olaraq bunu son zamanlarda silsilə tədbirlərdən biri kimi qeyd etmək olar və bunun da davamı gəlməlidir. Yəni şəhərdə piyada infrastrukturu daha da sağlamlaşdırılmalı, olan baryerlər aradan qaldırılmalı, mikromobil vasitələri üçün ilkin olaraq velosiped zolaqlarının çəkilişi ilə bağlı işlər görülür. Bunun şəbəkələşməsinəvə sərt nəzarətinə ehtiyac var. Həmçinin ayrılmış avtobus zolağında da eyni ilə şəbəkələşmə və sərt nəzarət tətbiq olunmalıdır. Bu ilkin verilmiş qərarlar bugünkü vəziyyəti müsbətə doğru dəyişəcək”.

Bu fotolar isə "28 May" stansiyası və Bakı Dəmiryolu Vağzalının qarşısındandır (Foto Transport For Baku səhifəsindən götürülüb)

Paylaş:
521

Son xəbərlər

Ədalət Verdiyev həbs edildi25 / 11 / 2024, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb25 / 11 / 2024, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşüb25 / 11 / 2024, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaq25 / 11 / 2024, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanır25 / 11 / 2024, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”25 / 11 / 2024, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdür25 / 11 / 2024, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcək25 / 11 / 2024, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏT25 / 11 / 2024, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEO25 / 11 / 2024, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildi25 / 11 / 2024, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb25 / 11 / 2024, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandı25 / 11 / 2024, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib25 / 11 / 2024, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilib25 / 11 / 2024, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHI25 / 11 / 2024, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAM25 / 11 / 2024, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıb25 / 11 / 2024, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıb25 / 11 / 2024, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”25 / 11 / 2024, 13:37
Bütün xəbərlər