Sarıbaşda qarölçmə işləri aparılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sarıbaşda qarölçmə işləri aparılıb

Qafar Ağayev14:36 - 13 / 03 / 2024
Sarıbaşda qarölçmə işləri aparılıb

Növbəti qarölçmə işləri Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən martın 12-də Qax rayonunun yüksək dağlıq ərazisində, Kürmükçayın hövzəsində (dəniz səviyyəsindən 1700-2050 metr yüksəklikdə), Sarıbaş kəndi-Vaydərəsuçay marşrutu üzrə müxtəlif hündürlüklərdə aparılıb.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev 1news.az-a bildirib ki, hazırda qarölçmə işləri Şəki rayonunun yüksək dağlıq ərazilərində, Kişcayın hövzəsində davam edir.

Paylaş:
337

Son xəbərlər

Bütün xəbərlər