Muxtar Babayev Pekində Çinin xarici işlər nazirinin köməkçisi ilə COP29-dan gözləntiləri müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Muxtar Babayev Pekində Çinin xarici işlər nazirinin köməkçisi ilə COP29-dan gözləntiləri müzakirə edib

Qafar Ağayev14:48 - 15 / 03 / 2024
Muxtar Babayev Pekində Çinin xarici işlər nazirinin köməkçisi ilə COP29-dan gözləntiləri müzakirə edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Pekində Çinin xarici işlər nazirinin köməkçisi Miao Deyu ilə COP29-dan gözləntiləri müzakirə edib.

1news.az xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" səhifəsində paylaşım edilib.

"Pekinə səfərini başa vuran COP29-un prezidentli Muxtar Babayev və COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev konfransdan gözləntiləri və orada fəal iştirakı müzakirə etmək üçün Çin xarici işlər nazirinin köməkçisi Miao Deyu ilə görüşüblər", - məlumatda qeyd olunub.

Paylaş:
328

Son xəbərlər

Bütün xəbərlər