Azərbaycanlı qız dünyanın ən nüfuzlu ali məktəbinə qəbul olub - FOTO
Gəncə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2023-cü il məzunu, hal-hazırda İngiltərənin London Universitet Kollecində (UCL) təhsil alan Fidan Hüseynova dünyanın ən nüfuzlu ali məktəbinə ABŞ-ın Massaçusets Texnologiya İnstitutuna (MIT) qəbul olub.
Bu barədə 1news.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, məktəbli olduğu dövrdə Fidan bir neçə yerli və beynəlxalq olimpiadalarda uğurla iştirak edib. Belə ki, Fidan informatika fənni üzrə Respublika Fənn Olimpiadalarında (RFO) 4 dəfə qızıl medal və iştirak etdiyi 11 müxtəlif beynəlxalq olimpiadalar və müsabiqələrdə 1 qızıl, 2 gümüş, 3 bürünc medal və 1 həvəsləndirici mükafat alıb.
Fidanı təbrik edir, təhsilində uğurlar diləyirik!
395