Lənkəranda 10 gün əvvəl arvadına və özünə xəsarət yetirən 69 yaşlı kişi təcridxanada ölüb
Lənkəranda 10 gün əvvəl arvadına, sonra özünə xəsarət yetirən şəxs ölüb.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, martın 5-də Lənkəran rayonunun Mamusta kəndində 1955-ci il təvəllüdlü Şahəddin Bayram oğlu Məlikov əvvəlcə həyat yoldaşı, 1952-ci il təvəllüdlü Xanımqız Həsən qızı Məlikovaya balta ilə, sonra özünə bıçaqla xəsarət yetirib. Ş.Məlikov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun bu gün Bakıda, saxlanıldığı istintaq təcridxanasında öldüyü bildirilir.
Ş.Məlikov ürək tutmasından vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
217