Milli Məclisin deputatı Vyanaya gedir | 1news.az | Xəbərlər
Cəmiyyət

Milli Məclisin deputatı Vyanaya gedir

Qafar Ağayev17:01 - 16 / 03 / 2024
Milli Məclisin deputatı Vyanaya gedir

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının İqtisadi əlaqələr, elm, texnologiya və ətraf mühit komitəsinin sədri Azay Quliyev martın 17-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.

Bu barədə 1news.az-a Milli Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Millət vəkili ATƏT-in İqtisadiyyat və ətraf mühit fəaliyyətləri üzrə koordinatoru ilə görüşdə iştirak edəcək. Görüşdə bir sıra iqtisadi və ekoloji məsələlərə dair əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.

Səfər martın 19-da başa çatacaq.

Paylaş:
235

Son xəbərlər

Bütün xəbərlər