İran, Belarus və Rusiyadan Azərbaycana gətirilən qidalarda uyğunsuzluqlar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

İran, Belarus və Rusiyadan Azərbaycana gətirilən qidalarda uyğunsuzluqlar aşkarlanıb

15:20 - 18 / 03 / 2024
İran, Belarus və Rusiyadan Azərbaycana gətirilən qidalarda uyğunsuzluqlar aşkarlanıb

İran, Belarus və Rusiyadan Azərbaycana gətirilən qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb.

Bu barədə 1news.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Qeyd olunub ki, qurum ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Tədbirlər çərçivəsində cari ilin fevral ayında "BB 7" MMC tərəfindən ölkəyə gətirilmiş İran İslam Respublikasının “Maham Tejarat Dena Paydar” müəssisəsinin istehsalı olan 2000 kq zirinc, "AZNUR" MMC tərəfindən idxal edilmiş Belarus Respublikasının “AQROKOMBİNAT DZERJİNSKİY” müəssisəsinin istehsalı olan 1854 kq dondurulmuş toyuq filesi və “Azlat Food” MMC tərəfindən idxal edilmiş Rusiya Federasiyasının “AGRO-PLYUS” MMC-nin istehsalı olan 900 kq dondurulmuş hind quşu filesi məhsulu partiyalarından götürülmüş nümunələrin sınaq nəticəsinə əsasən, həmin məhsullarda uyğunsuzluq müəyyən olunub. Belə ki, idxal edilmiş zirinc məhsulunda kif-maya göbələkləri, dondurulmuş toyuq və hind quşu filesi məhsullarında isə Salmonella aşkarlanıb. Agentlik tərəfindən qida təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan məhsul partiyalarının məhv edilməsi və ya istehsalçı ölkəyə geri göndərilməsi barədə müvafiq qərarlar qəbul olunub.

"AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq", - məlumatda bildirilib.

Paylaş:
186

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər