“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması” təsdiq edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması” təsdiq edilib

09:45 - 18 / 03 / 2024
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması” təsdiq edilib

Nazirlər Kabineti “Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

1news.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qeyri-müntəzəm sərnişin daşınmaları üçün formulyar “AYNA” informasiya sistemində elektron qaydada doldurulduqdan sonra daşıyıcının və yaxud sifarişçinin (təşkilatçının) gücləndirilmiş elektron imzası ilə imzalanır.

Paylaş:
314

Son xəbərlər

Bütün xəbərlər