Mart ayının sosial müavinətləri qrafikdən əvvəl ödəniləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Mart ayının sosial müavinətləri qrafikdən əvvəl ödəniləcək

11:00 - 18 / 03 / 2024
Mart ayının sosial müavinətləri qrafikdən əvvəl ödəniləcək

Novruz bayramı ilə əlaqədar martın 19-da bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının qrafikdən əvvəl ödənilməsi nəzərdə tutulub.

Bu barədə 1news.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Xatırladaq ki, martın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunda, 15-də isə bölgələrdə yaşayan şəxslərin mart ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Paylaş:
264

Son xəbərlər

Bütün xəbərlər