Azərbaycanın turizm imkanları Moskvada nümayiş etdirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın turizm imkanları Moskvada nümayiş etdirilir - FOTO

Qafar Ağayev16:52 - 19 / 03 / 2024
Azərbaycanın turizm imkanları Moskvada nümayiş etdirilir - FOTO

Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 19-21 mart tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində keçirilən 30-cu “MITT - beynəlxalq turizm və qonaqpərvərlik sənayesi” sərgisində nümayiş etdirilir.

Dövlət Turizm Agentliyindən 1news.az-a verilən məlumata görə, Rusiya və MDB məkanı üzrə əsas turizm tədbirlərindən biri hesab olunan sərgidə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, 13 yerli sənaye nümayəndəsi təmsil edir.

Stendi ziyarət edən sərgi iştirakçılarına Azərbaycanın turistik məkanları, milli mətbəx nümunələri, şərabçılıq, işgüzar turizm, sağlamlıq, ekoturizm, eləcə də qış turizmi imkanları, dağ-xizək mərkəzləri, UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş maddi mədəni irs nümunələrindən İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi, Qobustan qayaüstü rəsmləri mədəni landşaftı, Xan sarayı ilə birlikdə Şəki şəhərinin tarixi mərkəzi, Xınalıq kəndi və Köç yolu mədəni landşaftı haqqında ətraflı məlumat verilir. Turizm sənayesi nümayəndələri arasında keçirilən B2B görüşlərdə ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunur.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Rusiyadan 91 397 nəfər ziyarətçi gəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21% artım deməkdir. 2023-cü ildə Rusiyadan gələn ziyarətçiləri sayı isə 2022-ci illə müqayisədə 39.9% artaraq 625 106 nəfərə çatıb.

Paylaş:
165

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər