Abad məhəllələrdəki Novruz şənlikləri davam edir - FOTO
Sevimli Novruz Bayramı ənənəvi olaraq ölkəmizin bütün güşələrində olduğu kimi paytaxtımız Bakı şəhərində də geniş qeyd edilir.
1news.az xəbər verir ki, bununla əlaqədar paytaxtın bütün rayonlarında bayram şənlikləri və konsert proqramları təşkil edilib. Bu şənliklər öz kütləviliyi ilə seçilib.
Ənənvi bayram tədbirləri bu gün Bakı şəhərinin Nərimanov, Sabunçu və Suraxanı rayonlarında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bizim həyət” layihəsi çərçivəsində yaradılan məhəllələrdə qeyd edilib.
Məhəllə sakinləri, ağsaqqallar, şəhid ailələrinin üzvləri, qazılər Bayrami yüksək sevinc hissi ilə qeyd edib və rəqs ediblər. Bayramda Novruz atributları, milli mətbəximizin və geyimlərimizin nümunələri nümayiş etdirilib, müğənnilər müxtəlif mahnılar səsləndirib, Kosa, Keçəl və Bahar qızı toplaşanları şənləndirib və Bayram tonqalının ətrafında sakinlərlə birgə rəqs ediblər.
Qeyd edilməlidir ki, son illərdə paytaxtda 400-ə yaxın abadlaşdırılmış həyətlər yaradılaraq sakinlərin istifadəsinə verilib. Burada sakinlərin istirahəti üçün hər cür şərait vardır. Novruz ərəfəsində Abad məhəllələr bayramsayağı bəzədilib, səməni, Novruz şirniyyatları olan süfrələr açılıb, bayram abu-havası yaradılıb.