“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTO

Qafar Ağayev10:48 - 19 / 03 / 2024
“Qala” qoruğunda Novruz şənliyi keçirilib - FOTO

Xəzər Rayon İcra Hakimiyyəti və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Novruz şənliyi keçirilib.

1news.az xəbər verir ki, tədbirin açılışında Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Milli Məclisin deputatı Rauf Əliyev çıxış ediblər. Tədbirdə həmçinin, Xəzər rayonu rəsmiləri və aralarında məktəblilərin, şəhid ailələrinin, qazilərin də daxil olduğu rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları xalqımızın mədəni irsini özündə əks etdirən Novruzun çoxəsrlik ənənələri, mətbəxi və məişətinin nümayiş olunduğu pavilyonlarla tanış olduqdan sonra, Xəzər rayonu ərazisində fəaliyyət göstərən məktəbəqədər və orta ümumtəhsil müəssisələrinin özfəaliyyət dərnəklərinin, rəqs və mahnı qruplarının folklor nümunələrini, eləcə də idman məktəblərinin çıxışlarını izləyiblər. Şənlik iştirakçılarına açıq səma altında yerləşən "Qala" Arxeoloji-Etnoqrafik Muzey Kompleksində xalçaçılıq, duluzçuluq kimi qədim sənət nümunələri də təqdim olunub.

Azərbaycan Milli İdman Növləri Assosiasiyasının təqdimatında göstərilən milli güləş, zorxana, mas-reslinq, ənənəvi oxatma və alpaqut kimi etno idman növləri iştirakçıların böyük marağına səbəb olub.

Bundan başqa, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Peşə Təhsili Mərkəzinin tələbələri qonaqlar üçün müxtəlif sənətkarlıq nümunələrini sərgiləyiblər.

Novruz təntənəsi mədəniyyət və incəsənət ustalarının iştirakı ilə baş tutan bayram konsert proqramı ilə davam edib.

Paylaş:
272

Son xəbərlər

DYP yeni tədris ilinin başlanması ilə bağlı hərəkət iştirakçılarına müraciət edibBu gün, 10:21Prezident “Xəqani” bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olubBu gün, 10:07Bakı metrosunun enerjiyə qənaəti ilə bağlı hesabatı açıqlanacaq13 / 09 / 2024, 17:46Azərbaycan idmançıları Ümumdünya Köçəri Oyunlarını 7 medalla başa vurublar13 / 09 / 2024, 17:31Ölkə əhalisinin sayı açıqlandı13 / 09 / 2024, 17:20Azərbaycanda nikahların sayı azalıb13 / 09 / 2024, 17:17Mərkəzi Bankda “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” təlimi keçirilib13 / 09 / 2024, 17:08Bakı yollarında COP29 yazılı zolaq salınır13 / 09 / 2024, 16:42Bu ilin yanvar-iyul ayları ərzində doğulan əkiz və üçəmlərin sayı açıqlanıb13 / 09 / 2024, 16:35Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir - FOTO13 / 09 / 2024, 16:12Cəlilabadda ətraf mühiti zibilləyənlər məsuliyyətə cəlb olunublar13 / 09 / 2024, 16:08Günümüzdə qəbul edilən əlifbanın əsası nə zaman qoyulub?13 / 09 / 2024, 15:53Bakı metrosuna 2 yeni qatar gətirilib13 / 09 / 2024, 15:48Samuxda təmir sexi və avtomobil yanıb13 / 09 / 2024, 15:22Üzrlü səbəbdən iştirak edə bilməyən üçün təşkil olunan imtahanın nəticələri açıqlandı13 / 09 / 2024, 15:02Prezident “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNİB13 / 09 / 2024, 14:58İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib - YENİLƏNİB13 / 09 / 2024, 14:56“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdü13 / 09 / 2024, 14:51Sentyabrda “Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu keçiriləcək13 / 09 / 2024, 14:40Sentyabrın ötən dövrü ərzində ölkə ərazisində müşahidə olunan hava açıqlanıb13 / 09 / 2024, 14:31
Bütün xəbərlər