Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi: Hazırda yollarda sıxlıq müşahidə olunmur | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi: Hazırda yollarda sıxlıq müşahidə olunmur

15:32 - 20 / 03 / 2024
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi: Hazırda yollarda sıxlıq müşahidə olunmur

Hazırda paytaxtın mərkəzi küçə və prospektləri də daxil olmaqla, Bakı-Sumqayıt şosesi və şəhərə cənub istiqamətdən giriş-çıxışda yollarda sıxlıq müşahidə olunmur.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən 1news.az-a bildirilib ki, gücləndirilmiş iş rejimində çalışan əməkdaşlar müşahidə kameraları vasitəsilə yollardakı vəziyyəti nəzarət altında saxlayırlar. Yol-nəqliyyat hadisələri və texniki nasaz nəqliyyat vasitələrinin hərəkətin ləngiməsinə səbəb olan hallarla bağlı təcili tədbirlər görüləcək.

Paylaş:
188

Son xəbərlər

Bütün xəbərlər